Apple TV

Apple TV
Loqonun şəkli
Tipi kompüter platforması
Tərtibatçı Apple
Yayımlanma tarixi 2007
Sayt apple.com/tv/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apple TV — "Apple Inc." tərəfindən hazırlanmış və bazara çıxarılan rəqəmsal media pleyermikrokonsol. Bu, video və audio kimi qəbul edilmiş media məlumatlarını televizora və ya xarici displeyə göndərən kiçik bir şəbəkə cihazıdır. Onun media xidmətlərinə axın mediası, "TV Everywhere" əsaslı xidmətlər, lokal media mənbələri, idman jurnalistikasıyayımları daxildir.

İkinci nəsil və daha sonrakı modellər yalnız HDMI vasitəsilə təkmilləşdirilmiş dəqiqlikli və ya yüksək dəqiqlikli geniş ekranlı televizora qoşulduqda işləyir. Dördüncü nəsil modeldən bəri "Apple TV" əvvəlcədən quraşdırılmış çoxlu proqramlar ilə tvOS-də işləyir. 2019-cu ilin noyabr ayında "Apple TV+" və "Apple TV" tətbiqini alakart (kartla ödənişli televiziya) kimi buraxmışdır.

"Apple TV" inteqrasiya edilmiş idarəetmədən məhrumdur və yalnız "Apple Remote", "Siri Remote", iOS cihazı və ya bəzi üçüncü tərəf infraqırmızı pultları vasitəsilə uzaqdan idarə oluna bilər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search